Ermənistanın "Aprelu Yerkir” Partiyasının sədri Mesrop Arakelyan deyib ki, tezliklə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı kəndləri Azərbaycana təhvil veriləcək. Erməni partiya sədrinin bu qədər əmin danışmağı nə dərəcə doğrudur?
Bu barədə Ednews-a politoloq Elşən Manafov bildirdi ki, Mesrop Arakelyan 2023-cü ilə qədər Ermənistan iqtidarında sosial və əmək məsələləri üzrə nazir olmuş şəxsdir. Sonradan hökumətin bu sahədə həyata keçirdiyi siyasətə etiraz olaraq istefaya getmiş, hətta seperatçı Qarabağ hökumətində Ruben Vardanyanın müşaviri statusunda çalışmışdır:
"Arakelyanın bəlli kəndlərin Azərbaycana qaytarılacağı ilə bağlı mövqeyi Paşinyan iqtidarını təslimçilik siyasətində ittiham etmək maraqlarından qaynaqlanır. Bu səpkili bəyənatlar Ermənistanda Paşinyana müxalif mövqelərin möhkəmlənməsinə, Qarabağ klanının maraqlarına cavab verir. Bəyanatın məzmununa da diqqət yetirdikdə Arakelyanın Paşinyan iqtidarını kəndləri təhvil verməkdə ittiham olunduğunu sezməmək mümkün deyil".
Oğuz