Fransa prezidenti Emmanuel Makron Rusiyaya xəbərdarlıq edərək Fransanın hər an müharibəyə hazır olduğunu bildirib.
Ednews Reuters-ə istinadən xəbər verir ki, Paris daha öncə də öz ordusunu Ukrayna ərazisinə yerləşdirmək haqqında müzakirələr irəli sürüb.
Makron qeyd edib ki, Avropa ordusu zəif deyil və Rusiya hücum etsə Fransa öz ordusunu buna hazır edəcək.
Prezident həm də bildirib ki, əgər Rusiya qalib gəlsə, Avropanın bütün nüfuzu sarsılacaq. Bundan sonrakı vəziyyətdə Rusiyanın Avropada irəliləməsinə qarşı siyasət aparacağını curğulayan Fransa prezidenti ordu quruculuğunda yeniliklərin olacağını bildirib.
Fərid