Avropa ittifaqı Kiyevə çağırış edərək Zaparojiya nüvə sənaye mərkəzinin hücuma məruz qalması haqqında xəbərdarlıq edib.
Ednews euronews-a istinadən xəbər verir ki, Aİ Ukrayna ordusunun zavoda hücum etməsindən və yarana biləcək nüvə yayılmasından narahatdır. Qeyd edək ki, Rusiya nəzarətində olan bu nüvə zavodu yüksək səviyyəli radioaktivliyə malikdir.
Xəbərə görə, nüvə qəzasından yayınmağa çalışdığını bildirən prezident Zelenski Moskvanın həm də bu həssas faktordan istifadə etdiyini iddia edib.
Aİ Kiyevə çağırışı zamanı bildirib ki, nüvə təhlükəsindən yayınmaq üçün maksimum tədbirlər görülməlidir. Ordunun zavod ətrafında mübarizə aparması uzunmüddətli enerji və ətraf mühit problemləri yarada bilər.
Fərid