Hizbullah tərəfindən Livandan buraxılan iki pilotsuz uçuş aparatı (PUA) İsrailin şimalında Hənitə kəndi yaxınlığında partlayıb.
Ednews xəbər verir ki, bu barədə İsrailin müdafiə qüvvələri (IDF) məlumat yayıb.
Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, cavab olaraq İDF artilleriyası Livanın cənubuna zərbələr endirib.
Hizbullah rəsmiləri isə bildiriblər ki, onlar İsrail ordusunun qərargahını və "qəsəbənin yaxınlığındakı düşmən qüvvələrinin cəmləşməsini" kamikadze pilotsuz təyyarələr, həmçinin reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğuları ilə vurub.