Haaqada Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi (Ermənistan Azərbaycana qarşı) üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə keçirilən ictimai dinləmələr keçirilib.
Ednews xəbər verir ki,məhkəmədə Azərbaycan höküməti tərəfdən xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak edib.
Qeyd edək ki, Azərbaycanın ilkin etirazları yalnız Ermənistanın üçüncü şikayətinin Konvensiyanın predmetindən kənara çıxan aspektlərinə aiddir, şikayətin tam hissəsinə deyil. Azərbaycan beynəlxalq humanitar hüququn və digər beynəlxalq insan hüquqları normalarının pozulması ilə bağlı iddialara çox ciddi yanaşır və iddialar məhkəmə prosesləri ilə sübuta yetirildiyi halda öz vətəndaşlarını müvafiq cinayətlərə görə məhkum etməkdən çəkinmir.
Xatırladaq ki, dinləmələr 19 aprel tarixinə qədər, qarşılıqlı olaraq hər iki tərəfin iştirakı ilə davam edəcək.
Videonun tam halını təqdim edirik:
Əkbər