Xəbər verdiyimiz kimi, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.
Bundan sonra sülh müqaviləsi də bağlana bilər? Nəhayət ki, Qafqaza barış, sülh gələcək?
Gündəm mövzusu ilə bağlı Ednews-a açıqlaması zamanı siyasi şərhçi Fikrət Sadıqov bildirdi ki, 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı dövlətlər arasında hələlik protokol imzalanıb. Gələcəkdə Ermənistan tərəfindən praktiki addımlar atılmalı, hətta digər 4 kəndin Azərbaycana qaytarılması prosesi baş verməlidir:
“Hiss olunur ki, Ermənistan çox narahatdı və Rus qoşunlarının Qarabağdan çıxmasından sonra təşvişə düşüblər. Bu həm də Azərbaycanın da təzyiqidir. Çünki biz heç mövqedə də dayanmamışıq. Əvvəldən kəndlərin Azərbaycana qaytarılmasını tələb edirdik. Düşünürəm ki, bundan sonra Zəngəzur dəhlizi məsələsi də həll olunmalıdır. Ondan sonra təbii ki, sülh sazişi haqda danışmaq olar. Proses belə davam etsə sülh, əmin-amanlıq Cənubi Qafqazda bərpa oluna bilər. Azərbaycan elə sülhün tərəfdarıdır. Əvvəldən bu istiqaməti götürüb bütün diplomotik və hərbi istiqamətdə addımlarımızı atmışıq”.
Oğuz