Aprelin 24-də Haaqada Beynəlxlaq Ədalət Məhkəməsində Ermənistan Azərbaycana qarşı özünün növbəti əsassız iddialarını irəli sürüb.
“Ermənistan Azərbaycanın iddialarını rədd edir. Dünənki çıxışda Azərbaycan nümayəndələri Ermənistanın çıxışlarını təkzib edəcək heç bir sübut irəli sürməyiblər”.
Ednews xəbər verir ki, bu fikirləri BƏM-də Ermənistan nümayəndəsi Laurens Martin bildirib. Onun sözlərinə görə Azərbaycan elə Birinci Qarabağ müharibəsindən əvvəl də Qarabağda etnik təmizləmə aparmaq siyasəti aparmaq niyyətində idi:
“Azərbaycan müharibədən sonra erməniləri Qarabağdan uzaqlaşdıraraq regionun demoqrafiq mahiyyətini tamamilə dəyişmək niyyətində idi. Bu belə də oldu. Etnik ermənilərə qarşı aparılan hədə-qorxu və zorakılıq siyasəti uğurla nəticələndi.
BMT komissiyasının qərarına əsasən, hər hansı bir regiondan bir millətin nümayəndəsi tamamilə uzaqlaşdırılırsa bu etnik təmizləmə sayılır.
Məhkəmə Azərbaycanın manipulyasiyalarına və aldadıcı əsassız iddialarına göz yummamalıdır”.
Fərid
Daha ətraflı videoda: