Fransanın prezidenti Emmanuel Makron Avropa haqqında iddialı açıqlamalar edib.
Ednews Reuters-ə istinadən xəbər verir ki, Makron Avropanın qlobal səviyyədə gücünün bərpa olunması üçün yeni qərarlar alınmalı olduğunu bildirib.
Makron həm də vurğulayıb ki, Avropa ABŞ-nin vassalı olmamalıdır. Qeyd edək ki, bir çox region ölkələri ABŞ təsirindən narahatlıqlarını bildiriblər.
Fransa prezidenti bildirib ki, Avropa tezliklə ölə bilər. Onun sözlərinə görə, Avropa dövlətləri tez bir zamanda daha sürətli hərbi sənaye sisteminə keçid etməlidirlər. Makron, Britaniyanın Breksit, Ukraynanın işğal edilməsi və digər ölkələrin kiberplatformada zəif olmasına diqqət gətirib.
Fərid