BAMF prezidenti Umud Mirzəyev 28 Mayla bağlı bunları dedi – AÇIQLAMA

Siyasət 10:00 28.05.2024

Bu gün Azərbaycanda milli bayram olan 28 May – Müstəqillik Günü qeyd olunur. 106 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. 

Bu münasibətlə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Ednews-a açıqlamasında bildirdi ki, 28 may Azərbaycan xalqının tarixində çox önəmli bir gündür. Bu gün müstəqil Azərbaycan Respublikasının təməlinin qoyulduğu gündür:

“Müstəqilliyimizin yaranması Birinci Dünya müharibəsinin sona çatması və Rusiya çarlığının çökməsi ilə əlaqədardır. Ümumiyyətlə, bu müharibədən sonra dünya xəritəsi dəyişilməyə başladı. Böyük  imperiyaların, həmçinin Çar Rusiyasının çökməsinə səbəb oldu. Rusiyada bolşeviklər çevriliş etdilər. Bu fürsətdən istifadə edən demokratik qüvvələr Cümhuriyyəti elan etdi. 1918-ci il mayın 27-də Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla da, əslində Azərbaycanın tarixində parlamentli respublikanın bünövrəsi qoyulmuş oldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Mayın 28-də Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi”.

U.Mirzəyev qeyd etdi ki, Cümhuriyyətimiz çox az müddət mövcud olsa da, bu müddət ərzində çox böyük işlər görüldü: 

“Cümhuriyyət dövrü, Azərbaycan xalqının müstəqillik arzusunun alovlanmasına təkan verdi, milli kimliyin dərk edilməsinə gətirib çıxardı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi. 

Müstəqillik ideyalarımız cümhuriyyətdən qaynaqlanır. Sovet dövründə bu günü nəinki qeyd etmək, hətta dilə gətirmək belə qadağan idi. SSRİ dağıldıqdan və Respublikamız müstəqllik qazandıqdan sonra biz Cümhuriyyəti quran şəxslərin necə əziyyət çəkdiklərini anladıq. Çox ziddiyətli bir dövr idi. Bütün hallarda həmin dövrdə bir fundament, bünövrə qoyulmuşdu. Azərbaycan məhz o dövrün ənənələrindən çıxış edərək ordusunu gücləndirdi və torpaqlarını işğaldan azad etdi. 100 il əvvəl olduğu kimi yenə də Azərbaycan torpaqlarına göz dikən qüvvələr oldu. Lakin Ulu öndərin siyasəti ilə Azərbaycan öz bütövlüyünü bərpa etdi. Bu gün Azərbaycan regionda söz sahibi olan, iqtisadi gücü olan, günü gündən inkişaf edən bir ölkəyə çevrilib”.

Oğuz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Yeni Papanın məşhur qohumları üzə çıxdı Madoona,Anjelina Coli,Castin Biber...
15:45 19.06.2025
BQXK hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib
15:21 19.06.2025
Paşinyan Aİİ sammitinə getməyəcək
15:02 19.06.2025
Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində təmsil olunur
14:15 19.06.2025
Niderlandın Təl-Əvivdəki səfirliyi "vuruldu"
13:52 19.06.2025
Çimərliklərdə yoxlama aparıldı
13:34 19.06.2025
"Hizbullah" komandiri öldürüldü
13:31 19.06.2025
BRICS: Qərbsiz gələcəyin xəyalı, yoxsa reallıq?
13:08 19.06.2025
"Xameneyinin öldürülməsi geniş xaosa səbəb ola bilər"
12:58 19.06.2025
"İşğaldan azad olunan ərazilərdə yeni su anbarlarının tikintisi planlaşdırılır"
12:53 19.06.2025
"ABŞ-nin müdaxiləsi İran-İsrail münaqişəsinin genişlənməsinə səbəb ola bilər"
12:35 19.06.2025
AQTA transsərhəd heyvan xəstəlikləri üzrə monitorinqlər keçirəcək
11:26 19.06.2025
"Zelenski ilə görüşməyə hazıram, amma sənədləri kim imzalayacaq?"
11:22 19.06.2025
"Məqsədimiz İran hökumətini sarsıtmaqdır"
11:08 19.06.2025
Prezident İlham Əliyev BP -nin baş icraçı direktorunu qəbul edib
10:55 19.06.2025
Çindən Azərbaycana idxal olunan 50 minə yaxın baytarlıq preparatı məhv edilib
10:52 19.06.2025
Dünyanın taleyini həll etmək üçün 6 dəqiqə: NATO son 20 ilin ən qısa sammitini keçirəcək
10:32 19.06.2025
Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclası başlayıb
10:25 19.06.2025
İran İsrail Müdafiə Qüvvələrinin kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə zərbə endirdi
10:10 19.06.2025
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
09:54 19.06.2025
Böyük Britaniyanın baş naziri tərcüməçini Cənubi Koreya prezidenti ilə səhv saldı
09:39 19.06.2025
Dünyanın ən yaxşı 1000 Universiteti siyahısında 6 Azərbaycan universiteti var
09:37 19.06.2025
Müdafiə Nazirliyinin sabiq mətbuat katibi vəfat etdi
09:03 19.06.2025
İnsanlıq süni intellektə uduzurmu?
09:01 19.06.2025
"ABŞ İrana zərbə endirməyə hazırlaşır"
05:18 19.06.2025
Yaponiyada güclü zəlzələ baş verib
05:07 19.06.2025
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
Antarktidadan gələn qeyri-adi radio siqnalları: Heç kim nə baş verdiyini bilmir
22:32 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
Hamısı