Fransada və eləcədə bir çox Avropa dövlətlərində sağçı-milliyətçi partiyalar hakimiyyətə gəlib. Seçkilərdə liberalları geridə qoyan bu partiyalardan ən məşhuru Fransanın "Milli Cəbhə" partiyasıdır.
Bəs Fransadakı bu hökümət dəyişikliyi hansı təsirlər yaradacaq?
“Fransa haqqında onu deyə bilərəm ki, “Milli Cəbhə” (Rassemblement National RN) partiyası seçkidə 30 səsdən 12 səs qazanaraq, Makronun partiyasını geridə qoyub. Sosialist partiyanın da 13 səsi var.”
Ednews xəbər verir ki, bunu fransalı siyasi ekspert Serj Bainvel bildirib. Ekspertin sözlərinə görə, Fransa hökümətinin əsas məqsədi miqrasiya problemini həll etməkdir:
“Ümumiyyətlə, Fransa milliyətçiləri seçkiləri qazanıb. Nəticə etibarilə, Makron parlamenti buraxdı və yeni seçkilərin bu ayın sonunda keçirilməsi gözlənilir.
“Milli Cəbhə” partiyası növbəti parlament seçkilərində qalib gəlməsə Fransanın xarici siyasəti dəyişməyəcək. Ölkənin xarici siyasəti təkcə Makron üçündür. Əgər baş nazir başqa partiyadan olarsa, o zaman siyasi dəyişikliklərlə üzləşə bilərik. Hazırda prioritet miqrasiya probleminə yeni qanunlar və tənzimləmələr əlavə etməkdir.”
Fərid