Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanla ticarət dövriyyəsinin balanslaşdırılmasının zəruriliyini bəyan edib, həmçinin işğaldan azad edilmiş Azərbaycan ərazilərinin dirçəldilməsi prosesində iştirak etməyə hazır olduğunu təsdiqləyib.
Ednews xəbər verir ki, o, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib:
“Ticarət dövriyyəmiz pis deyil, lakin balanslaşdırılmayıb. Azərbaycandan daha çox mal almalıyıq”.
Onun sözlərinə görə, bu məsələ öz həllini tapacaq.
Lukaşenko Belarusun azad edilmiş Azərbaycan ərazilərinin dirçəldilməsi prosesində iştirak etməyə hazır olduğunu təsdiqləyib və bunu may ayında bu ölkəyə rəsmi səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı bəyan edib.
“Şuşada mən ona dedim: “Siz cənnətdə yaşayırsız”. Mən heç yerdə belə bir yer görməmişəm, planetimizdə bir çox yerləri gəzmişəm: təmiz hava, gözəl təbiət. Əminəm ki, siz bu ərazilərdə həyatı bərpa etməklə daha bir uğura imza atacaqsınız. İstiqamətləri müəyyən etdiyimiz bu işlərdə iştirak etməkdən məmnun olarıq; Heç bir maneə yoxdur”.
Əkbər