Fransa prezidenti Cənubi Qafqazla bağlı sualları cavablandırıb - VİDEO

Siyasət 09:20 19.07.2024

Makronun Azərbaycanla bağlı jurnalistlərlə mübahisəsi bu gün Oksforddakı mətbuat konfransında baş verdi. Makrona Cənubi Qafqaz regionunda Ermənistanı hücum edici ölümcül silahlarla silahlandırmağın məqsədi nə olduğunu soruşdular.

Ednews xəbər verir ki, Makron suala bu fikirlərlə cavab verib:

"Baxın, düşünürəm ki, biz hamımız müharibədən qaçmaq üçün silahlanırıq. Son onilliklərə baxsanız, görünür ki, Azərbaycan Ermənistandan çox silahlanıb. Əgər yaddaşım məni yanıltmırsa, düzəldin məni, əgər yanılırsam, Azərbaycan həqiqətən də 2020-ci ildə dəhşətli bir müharibə başladı." 

Ona etiraz edərək Qarabağ regionunun Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olduğunu bildirdilər.

"Müzakirə apara bilərik. Amma, mən düşündüm ki, bu mətbuat konfransıdır. Müttəfiqlər və tərəfdaşlar üçün silah, sursat göndərmək və əraziləri müdafiə etmək üçün hazırlamaq normaldır, necə ki, biz bir çox digər Avropa ölkələri ilə belə edirik. Və mən heç vaxt baş nazir [Paşinyan] tərəfindən hər hansı bir müharibə və ya təcavüz planının olduğunu eşitmədim," – dedi Makron.Daha sonra Makron, Azərbaycanın "sərhədin bəzi hissələrini ələ keçirdiyini" və Ermənistanın "sülhpərvər" siyasətini qeyd edərək köhnə pro-erməni fikirlərini səsləndirdi:"Ermənistanın perspektivi – sülh. Fransanın perspektivi – sülh. Ümid edirəm ki, Azərbaycanın perspektivi də sülhdür. Və əgər iki ölkə sülh müzakirələrini başa çatdırarsa, biz belə bir müqaviləni dəstəkləyəcəyik." 

Təəssüf ki, Fransa Prezidenti Emmanuel Makronun Avropa Siyasi İcmasının Zirvə toplantısında Ermənistanın hərbiləşdirmə siyasətinə haqq qazandıran və Azərbaycana qarşı açıq qərəzli mövqe nümayiş etdirən fikirləri Fransanın regionda gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin daha bir bariz nümunəsidir.

Fransa tərəfinə xatırladırıq ki, Azərbaycanın suveren ərazilərində Ermənistanın 30 il davam edən işğalına son qoymaq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün apardığımız müharibə ölkəmizin beynəlxalq hüquq çərçivəsində legitim hüququ idi. Azərbaycanın istənilən səyi, o cümlədən hərbi potensialının gücləndirilməsi ədalətli məqsədə yönəlib və yönəlməkdədir. Lakin, bunu işğalçı dövlət olan Ermənistana münasibətdə söyləmək olmaz.

30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş Ermənistanın Fransa tərəfindən sülhsevər ölkə kimi təqdim etməsi bu ölkənin həm vasitəçilik dövründə, həm də 44 günlük vətən müharibəsindən sonra apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir.

Onu da xatırlatmaq istərdik ki, münaqişənin sülh yolu ilə həllinə töhfə verməyən, Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymağın qarşısını alan məhz Fransa kimi dövlətlərin Ermənistanın 30 ilə yaxın müddətdə təcavüzünü ört-basdır edən siyasəti olub.

Qeyd olunanları nəzərə alaraq bir daha bildiririk ki, Fransanın sülhə xidmət etməyən və regionda sabitliyi pozan səyləri heç bir nəticə verməyəcək.

Fərid Axund


PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Rusiyada miqrant uşaqlar üçün pullu təhsil təklif olunur
23:14 17.07.2025
"Nou Kamp"ın təmiri gecikir
22:59 17.07.2025
Ərdoğan Suriya prezidentilə danışdı
22:44 17.07.2025
Tramp Pakistana gedəcək
22:29 17.07.2025
Ermənistan İranla Zəngəzur dəhlizini müzakirə etdi
22:14 17.07.2025
İranın hava limanlarının 24 saatlıq fəaliyyəti bərpa edildi
21:59 17.07.2025
“Vosmoy bazarı”nın adı dəyişdirildi
21:44 17.07.2025
İsraillə Suriya arasında savaşa səbəb olan Druzlar kimdir?
21:29 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
21:14 17.07.2025
"Dörd il ərzində dörd inqilab cəhdinin qarşısını almışıq"
20:59 17.07.2025
"Moskva ABŞ-nin vasitəçiliyi ilə Ukrayna tərəfi ilə birbaşa danışıqlar aparır"
20:44 17.07.2025
VAR-ın səlahiyyətləri artırılır
20:29 17.07.2025
ABŞ Dövlət Departamentindəki kütləvi ixtisarı xaosa səbəb oldu
20:14 17.07.2025
Britaniya və Almaniya arasında genişmiqyaslı müdafiə sazişi imzalandı
19:59 17.07.2025
Nyu-Yorkda Kipr problemi ətrafında danışıqlar başlayıb
19:44 17.07.2025
"Trampla dronlarla bağlı meqasövdələşməni nəzərdən keçiririk"
19:29 17.07.2025
Kriştianu Ronaldu 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçildi
19:14 17.07.2025
Dezinformasiya Fırtınasına Qarşı Səfərbərlik: Vətəndaş Cəmiyyəti və Medianın Tarixi Məsuliyyəti Şahlar Ruhi yazır...
19:08 17.07.2025
Fransa hərbçiləri Seneqalı tamamilə tərk etdilər
18:59 17.07.2025
"Samsung Electronics"in rəhbəri məhkəmədən qalib çıxdı
18:44 17.07.2025
Ukraynadakı münaqişənin aqibəti Trampın iqtisadi təzyiqlərindən asılı olacaq
18:29 17.07.2025
Nüvə materialı satışının qarşısı alındı
18:12 17.07.2025
"Fənərbağça"nın yeni transferi Joze Mourinyonu özündən çıxardı
17:57 17.07.2025
Mişel Obama həyat yoldaşı ilə münasibətlərindən danışıb
17:43 17.07.2025
Tramp “Coca-Cola”nın tərkibini dəyişdirir
17:28 17.07.2025
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi
17:13 17.07.2025
ADA Universitetində açılacaq dövlət sifarişli yerlərin sayı açıqlanıb
16:58 17.07.2025
İsraildə siyasi qalmaqal: üç nazir eyni zamanda istefa ərizəsi verib üç nazir eyni vaxtda istefa ərizəsi verib
16:42 17.07.2025
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı olub
16:27 17.07.2025
Çin şirkəti “Masdar”ın Azərbaycandakı əsas layihələri üçün müasir modullar tədarük edəcək
16:12 17.07.2025
Mariya Şarapova ABŞ-dəki evini satır
15:57 17.07.2025
ABŞ büdcəsi azalacaq
15:42 17.07.2025
“Liverpul” Almaniya klubunun hücumçusu ilə razılığa gəlib
15:27 17.07.2025
Kit Kelloq Ukraynanı tərk edib
15:12 17.07.2025
Türkiyə Suriyada atəşkəsin təmin edilməsinə kömək edib
15:09 17.07.2025
Pakistan və BƏƏ INTOSAI-nin İdarə Heyətinə üzv seçildilər
14:57 17.07.2025
Prezidentlər Mehmandarovların malikanə kompleksində olublar
14:43 17.07.2025
Nəvələrini göl kənarında gəzdirən baba suda boğuldu
14:39 17.07.2025
"Azərbaycanda sistem əhəmiyyətli banklar strategiyalarını yenidən nəzərdən keçirməlidir" -Müsahibə
14:27 17.07.2025
Prezidentlər Şuşa məscidində dua etdilər
14:13 17.07.2025
Hamısı