"Avropa Siyasi İcması sammiti çərçivəsində Kosovo və Azərbaycan prezidentləri və Ermənistan baş naziri ilə çox yaxşı ikitərəfli görüşlər keçirdim. Digər mövzular arasında biz Avropa təhlükəsizliyini, Ukraynanı, regional problemləri və Finlandiyanın ATƏT-ə yaxınlaşan sədrliyini müzakirə etdik."
Ednews xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb "X" sosial şəbəkəsində bildirib.
Finlandiya, təşkilatın yubiley ili olan 2025-ci ildə ATƏT-ə sədrlik edəcək. ATƏT-in üzv dövləti bir təqvim ili ərzində fəaliyyətdə olan sədrlik funksiyalarını yerinə yetirir.
Fərid