İraq höküməti ABŞ ordusunun bir il ərazində ölkəni tamamilə tərk etməsini təəb edib.
Ednews ərəb mediasına istinadən xəbər verir ki, Vaşinqtonda aparılan danışıqlar rəsmi Bağdadın çağırışı ilə həyata keçirilib. 2025-ci ilin sentyabrına qədər ordunun ölkəni tərk etməsini tələb edən İraq höküməti, artıq ABŞ ordusuna burada ehtiyac olmadığını bildirib.
Qeyd edək ki, 2003-cü ildə ABŞ-ın İraqa ordu yeritməsindən indiyə kimi ordunun ölkədə müxtəlif bazaları mövcuddur.