Azərbaycanın Baş naziri Əli Əsədov yeni prezidentin andiçmə mərasimində iştirak etmək üçün İrana gedib.
Bu barədə Ednews-a Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd olunub ki, Baş nazir Əli Əsədov İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın Tehranda keçiriləcək inaqurasiyasında (andiçmə mərasimində) iştirak edəcək.