Putinin Bakıya səfərinin əsas hədəfləri nədir? – Samir Hümbətovun ŞƏRHİNDƏ

Siyasət 14:30 19.08.2024

Rusiya prezidenti Vladimir Putinin avqustun 18-i Azərbaycana rəsmi səfər edərək Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə ikitərəfli görüş keçirtməsi regionda və dünyada baş verən hadisələrlə bağlı aparılacaq müzakirələrə diqqət çəkib.

Moskva-Bakı arasında keçirilən bu görüşün əsasə hədəfləri nədir?

Mövzu ilə Ednews-a açıqlama verən siyasi ekspert Samir Hümbətov görüşün nəinki Cənubi Qafqazda, həmçinin dünyada baş verən prosesləri əhatə edəcəyini bildirib:

“Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər etməsi təbii ki, boşuna deyil. Əvvəla bu altı ildən sonra yenidən gerçəkləşən dövlət səfəridir. Bundan əlavə, Putinin səfəri regionumuzda dəyişən vəziyyətlə bağlıdır. Məlumdur ki, Ukraynanın Rusiya ərazisinə daxil olması, Ukraynada gedən müharibə, İsrail-HƏMAS qarşıdurması və son vaxtlarda Qərbin Ermənistanı sürətli şəkildə silahlandırması prosesi baş verir. Bunların fonunda regionda yeni bir güc dəyişimi prosesi gedir. 

Azərbaycanın İkinci Qarabağ müharibəsində qalib olması, sərhədlərin delimitasiya və demarkasiyasının davam etdiyi bir vaxtda bu prosesin dayandırılması və Ermənistan tərəfinin danışıqlardan imtina etməsi və s. bu dəyişən proseslərə aiddir. Rusiya artıq iki yüz ildən çoxdur ki, Cənubi Qafqazda mövcuddur. Buna görə də hesab edirəm ki, indiki halda Moskvanın bu səfəri həyata keçirtməsində məqsədi regionda dəyişən strateji hədəflərlə də bağlı ola bilər.”

Eskpert bildirib ki, ikitərəfli görüş zamanı Rusiya qazının Azərbaycan üzərindən dünya bazarına çatdırılması məsələsinin müzakirə olunacağını bildirib:

“Nəzərə almaq lazımdır ki, Azərbaycanın həm nəqliyyat-kommunikasiya, həm də enerji resursları baxımından tutduğu mövqeye görə bir çox dövlətlərin Azərbaycana qarşı müsbət yanaşmasına səbəb olub. Ona görə də belə düşünürəm ki, Putinin səfəri istər Rusiya qazının Azərbaycan üzərindən dünya bazarına çıxarılması, istərsə də Şimal-Cənub dəhlizi vasitəsi ilə iqtisadi əlaqələrin genişləndirilməsi və s. kimi məsələləri əhatə edə bilər. Burada aparılacaq danışıqlar həm Rusiya, həm də Azərbaycan baxımından böyük əhəmiyyətə malikdir. Düşünürəm ki, Putinin səfəri burada ikili münasibətlərin siyasi, iqtisadi və hərbi sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi yönündədir. Təbii ki, buraya Cənubi Qafqazda və qlobalda baş verən hadisələr də aiddir.”

Fərid Axund

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı