"21-ci əsrdə müstəmləkəçiliyə yer yoxdur" -Pərvanə Vəliyeva

Siyasət 09:10 30.01.2025

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Nigeriyanın dövlət radiosu “Sobi 101.9 FM İlorin” qonağı olub və radionun redaktoru və aparıcısı Dare Akoqunun Fransa rəsmilərinin son günlərdə Azərbaycanla bağlı ittihamları və qlobal dünyada dekolonizasiya prosesi ilə əlaqədar suallarını cavablandırıb.

"EDnyus"  xəbər verir ki, radioya müsahibəsində o,  bu yaxınlarda əsası Azərbaycanda qoyulmuş Beynəlxalq Dekolonizasiya Cəbhəsinin Yeni Kaledoniyada Konqresi keçirildiyini xatırladıb. "Fransa rəsmiləri adaların müstəmləkəsizləşdirilməsi prosesini Fransanın daxili işi adlandırır və Bakı Təşəbbüs Qrupunu (BTQ) Fransanın daxili işlərinə qarışmaqda ittiham edir. Amma fundamental insan haqları və azadlıq istəyi heç bir ölkənin daxili məsələsi sayıla bilməz və öz ölkələrini demokratiyanın beşiyi adlandıran Fransa rəsmiləri də bunu yaxşı anlayırlar"-Millət vəkili vurğulayıb.

"21-ci əsrdə müstəmləkəçiliyə yer yoxdur və bu ərazilərin öz müqəddəratını təyinetmə hüququ BMT-nin de-kolonizasiyaya dair qətnamələrinə, xüsusən 1960-cı ildə qəbul edilmiş 1514 saylı qətnaməyə uyğun olaraq tanınmalıdır. Bu bəyannamə bütün formalarda müstəmləkəçiliyə tez və qeyd-şərtsiz son qoymağa çağırır. 2022-ci ildə qəbul edilmiş 77/148 saylı Qətnamə isə müstəmləkəsizləşdirmə ilə bağlı məlumatların yayılmasına diqqət yetirir, bu proses haqqında qlobal ictimai rəyin məlumatlandırılmasının vacibliyini vurğulayır". 

P.Vəliyeva onu da əlavə edib ki, Fransa koloniyalardaki yarıtmaz siyasətini, xalqın haqlı tələblərini dinləmək əvəzinə xarici müdaxilə tezisini ortaya atıb, diqqeti yayındırmaq istəyir. Sanki günahkar dekolonizasiya tələb edən şəxslər və BTQ-dir. Halbuki, BTQ Fransa tərəfini əməkdaşlığa dəvət edir.

"BTQ təkcə Yeni Kaledoniyada deyil, BTQ-dən dəstək istəyən bütün ərazilərdə dekolonizasiya prosesinə yeni nəfəs gətirib. Qlobal bir platforma olaraq, koloniyaların beynəlxalq ictimaiyyətə səslərinin çatdırılmasında, onların öz fikirlərini ifadə etmək üçün güclü bir platforma təmin edərək beynəlxalq təşkilatlarda məsələ qaldırır və BMT-nin diqqətini müstəmləkəçilik probleminə yönəltməyə çalışır. Beynəlxalq Dekolonizasiya Cəbhəsi yaradılıb və mübarizə üçün institutlaşma artıq mövcuddur. Beynəlxalq QHT olaraq BTQ bu istiqamətdə fəal şəkildə məşğul olur".

Millət vəkili Azərbaycan Respublikasının Müstəmləkəçilik siyasətinə dair mövqeyi barəsində də danışıb:

"Azərbaycan 21-ci əsrdə davam edən müstəmləkəçilik və onun yeni təzahürlərindən dərin narahatlıq keçirir. Azərbaycan beynəlxalq ictimaiyyəti belə iyrənc neo-kolonializm praktikasına göz yummamağa, xüsusilə Fransanın nəzarətində olan ərazilərdə məcburi assimilyasiya siyasətinə qarşı çıxmağa çağırıb və neo-kolonializmə qarşı yeni bir mübarizə başlatmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu mövzunu nüfuzlu beynəlxalq platformalarda mütəmadi olaraq gündəmə gətirməsi, ədalət və beynəlxalq hüquq naminə müstəmləkəçiliyin tamamilə ləğv edilməsi məsələsini irəli sürməsi, keçmişdə və hazırda müstəmləkə şəraitində yaşayan xalqlar tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan, 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində çoxtərəfliliyin dəyərlərini təşviq etmiş və bu məqsədlə Qoşulmama Hərəkatı Parlament, Gənclər və Qadınlar Şəbəkələrinin yaradılmasına təşəbbüs göstərmişdir. Ölkəmiz QH-yə sədrliyi dövründə həm də yeni müstəmləkəçilik meyillərinə qarşı mübarizənin əsas lokomotivi rolunu öz üzərinə götürmüşdür. Məhz sədrliyimiz dövründə Bakı Təşəbbüs Qrupu yaradılmışdır.

Dünyanın bir çox bölgələrində, o cümlədən Afrikanın keçmiş Fransa müstəmləkələri – Niger, Burkina Faso, Seneqal, Əlcəzair, Tunis, Mali və s. digər ölkələrdə post-kolonial idarəetmə strukturları ilə bağlı problemlər hələ də mövcuddur. Lakin görünən odur ki, son zamanlarda bu ölkələr də suverenlik və dekolonizasiya uğrunda mübarizəni genişləndirmək üçün ciddi qərarlar qəbul edirlər.

Millət vəkili sonda qeyd edib ki, Azərbaycan qlobal səviyyədə müstəmləkəçiliyin bütün formalarının azaldılması və aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Çünki müstəqillik müstəmləkələrin qanuni haqqıdır".

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı