Tramp və Putin atəşkəs üzrə danışıqlara başladı,amma...

Siyasət 08:17 19.03.2025

Rusiya Federasiyasının Prezidenti Trampın komandası tərəfindən Səudiyyə Ərəbistanında ukraynalılarla razılaşdırılmış tam aylıq atəşkəsə qoşulmaqdan imtina edib. O, genişmiqyaslı atəşkəsin yalnız xarici hərbi yardım və Ukraynaya kəşfiyyat paylaşımının dayandırılması şərti ilə işləyə biləcəyini bildirib. Ukraynanın Avropa müttəfiqləri isə bu şərtləri əvvəllər rədd ediblər.

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun sözlərinə görə, ABŞ-ın Ukrayna ilə danışıqları bazar ertəsi  Səudiyyə Ərəbistanında davam edəcək.

Üç ili keçən bu müharibədə, Rusiya son vaxtlar altı ay əvvəl Ukraynanın işğal etdiyi Kursk bölgəsində əraziləri geri qaytarır.

Tramp və Putin arasında baş tutan bu telefon danışığının nəticələri, ABŞ-ın əvvəlki mövqeyindən geri çəkilməsi kimi qiymətləndirilə bilər. Lakin iki lider müzakirələrin dərhal Yaxın Şərqdə davam etməsi barədə razılığa gəliblər.

Ötən cümə günü ABŞ nümayəndə heyəti Səudiyyə Ərəbistanında ukraynalı həmkarları ilə görüşərək, Kiyevi 30 günlük  atəşkəsə razı salmışdılar. Prezident Volodimir Zelenski isə bu həftə Helsinkiyə rəsmi səfəri zamanı Tramp və Putin arasındakı telefon danışığından sonra deyib ki, Ukrayna enerji infrastrukturuna dair atəşkəsə açıqdır, amma daha ətraflı məlumat istəyir.

O, daha sonra Putini tam atəşkəs təklifini rədd etməkdə ittiham edib. Ukrayna lideri, Rusiyanın Sumi şəhərindəki bir xəstəxanaya və Slovyansk şəhərindəki enerji təchizatı obyektlərinə qarşı dron hücumları təşkil etdiyini bildirib.

Tramp sosial mediada, Putinlə etdiyi telefon danışığını “çox yaxşı''” adlandırıb və “sülh müqaviləsini müzakirə etdiklərini” qeyd edib.. O, həmçinin “bütün enerji və infrastruktur üzərində  atəşkəsə razı olduqlarını və bunun ardınca tam atəşkəsin və nəhayət bu çox qorxunc müharibənin sona çatması üzərində tez işləyəcəklərini” deyib.

Zelenski keçən sentyabrda Rusiyanın bombaları ilə Ukraynanın enerji infrastrukturunun təxminən 80%-in məhv edildiyini bildirmişdi. Kiyev isə cavab olaraq Rusiyanın neft və qaz obyektlərinə dron və raket hücumları həyata keçirib.

Putin enerji infrastrukturuna hücumları dayandırmağa razı oldusa da, bəzi saatlar sonra həm Rusiya, həm də Ukrayna bir-birini hava hücumlarında ittiham edib. Zelenski, Putin və Trump arasında telefon danışığından sonra Rusiyanın Ukraynaya qarşı 40-dan çox dron hücumu həyata keçirdiyini bildirib.

Bu günlərdə Ceddahda keçirilən danışıqlardan sonra ABŞ Dövlət Katibi Marko Rubio, “topun Rusiyanın meydanında olduğunu” deyib. Lakin Ağ Ev, Tramp-Putin telefon danışığından sonra verdiyi bəyanatda Kiyevlə razılaşdırılmış bu atəşkəs barədə heç bir məlumat verməyib. Əvəzində, iki lider “sülh prosesinin enerji və infrastruktur atəşkəsi ilə başlayacağını, sonra isə Qara Dənizdə dəniz atəşkəsi, tam atəşkəs və daimi sülhə dair danışıqların aparılacağını” bəyan edib.

Kremlin bəyanatında isə Kiyevlə hər hansı razılaşmanın həyata keçirilməsində “bir sıra mühüm məsələlərin” olduğunu qeyd edib və Ukraynaya xarici dəstəyin və kəşfiyyatın sonlandırılmasının Rusya üçün “vacib şərt” olduğunu bildirib.

Tramp və Putin həmçinin uzunmüddətli həllin əldə edilməsi üçün dərhal texniki səviyyədə danışıqlara başlamağa razılaşıblar. Lakin bu, ABŞ və Rusiya arasında daha çox danışıqlar, yoxsa Rusiya ilə Ukrayna arasında birbaşa müzakirələr olacağı sual altındadır.

Kremlin bəyanatında həmçinin Trampın, Putinin peşəkar ABŞ və Rusiya xokkeyçiləri arasında xokkey oyunları təşkil etməyi təklifini dəstəklədiyi bildirilir. Rusiya, 2022-ci ildə Ukraynaya hücum etdikdən sonra beynəlxalq xokkey tədbirlərindən kənarlaşdırılıb.

Ukraynalılar, Putinin vaxt qazanmaq üçün hərəkət etdiyini və hər hansı bir həlli daha çətin etmək üçün sərt şərtlər irəli sürdüyünü düşünəcəklər. Putin əvvəllər Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini saxlamalı olduğunu və hər hansı sülh razılaşması üçün Qərb sanksiyalarının yüngülləşdirilməsini tələb edib.

Rusiya lideri artıq Trampın Ukraynaya dəstəyi kəsməyə hazır olduğunu hiss edib və onu təkrar etməyə çalışır, eyni zamanda topu Kiyevin tərəfinə atır.

Bu ayın əvvəlində, Tramp və Zelenski arasında Oval Ofisdə yaşanan mübahisə sonrası ABŞ, Ukraynaya hərbi və kəşfiyyat yardımlarını müvəqqəti olaraq dayandırmışdı. Tramp və vitse-prezident JD Vans, Zelenskinin qarşısında mətbuat konfransında onu ABŞ-ın dəstəyini yetərincə qiymətləndirməməkdə ittiham etmişdilər.

Almaniya kansleri Olaf Şolts isə Berlin şəhərində Fransız prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında, məhdud atəşkəs planının vacib bir ilk addım olduğunu, lakin tam atəşkəsin lazım olduğunu bir daha vurğulayıb.

Eyni zamanda, Britaniya Baş naziri Sir Keir Starmer, Tramp-Putin telefon danışığından sonra Zelenski ilə danışıb və “Birləşmiş Krallığın dəyişməz dəstəyini” təkrar bildirib- deyə baş nazirin mətbuat katibi bildirib.

Mədinə Məmmədova\\EDnews

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı