İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda Şuşada keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb.

EDnews xəbər verir ki, müraciətdə deyilir:

"Sizi “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda ürəkdən salamlayıram.

2022-ci ildən başlayaraq təşkil olunan bu mötəbər beynəlxalq tədbir müasir dövrdə baş verən mürəkkəb geosiyasi proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşviq etdiyi regional sülh və sabitlik mühitinin yaradılması ideyasının vacib tərkib hissəsinə çevrilən konfransın iştirakçılarının sayının ilbəil artması onun ümumi təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa gələcəkdə layiqli töhfələr verəcəyinə əminlik yaradır.

Müstəqilliyini bərpa etdikdən sonra işğala, beynəlxalq təhdidlərə və ədalətsizliyə məruz qalmış Azərbaycan hər zaman öz ərazi bütövlüyünün təmin olunması, vətəndaşlarının təhlükəsiz şəraitdə yaşaması uğrunda mübarizə aparmış, eyni zamanda dünya ölkələri arasında əməkdaşlıq və mehriban dostluq münasibətlərinin qurulmasına çalışmışdır. Uzun illər əsarət altında qalan torpaqlarımız 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Ermənistan işğalından azad edilmiş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuşdur. Bununla, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalmış qətnamələrinin icrası Azərbaycan dövlətinin özü tərəfindən təmin edilmişdir.

Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması və qorunması istiqamətində qətiyyətli siyasət həyata keçirməkdədir. Ötən il Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması Cənubi Qafqazda vəziyyəti tamamilə dəyişmişdir. Bu xüsusda, reallaşmaqda olan Zəngəzur dəhlizi həm Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini birləşdirəcək, həm də Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcəkdir.

Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması və BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi ölkəmizin postmünaqişə dövründə ardıcıl humanitar fəaliyyətinin bariz nümunəsidir. Bu Forumda Azərbaycan dünyanın 182 ölkəsini təmsil edən 60 minə yaxın iştirakçıya işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çağdaş şəhərsalma konsepsiyaları əsasında formalaşan müasir infrastrukturu və hazırda orada təhlükəsiz yaşayan 85 mindən çox azərbaycanlı üçün yaradılan layiqli həyat şəraitini təqdim etmişdir.

Ədalətli dünya nizamının və bəşəriyyət üçün təhlükəsiz həyat şəraitinin yaradılmasının tərəfdarı olan Azərbaycan təkcə regionun deyil, eləcə də bütövlükdə Avrasiyanın etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışmaqdadır. Dost və qardaş ölkələrlə, xüsusən Türk Dünyası ilə birlikdə atılan qətiyyətli addımlar beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır və ailəmiz olan Türk Dünyasını XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevirir.

Bu önəmli beynəlxalq konfrans nümunəsində ölkələr arasında, həmçinin cəmiyyətdə sağlam əməkdaşlıq və həmrəylik mühitinin qorunması üçün fərqli siyasi maraqları ifadə edən partiyaların konstruktiv dialoqa, məsuliyyətli davranışa və milli maraqlar əsasında birgə fəaliyyətə üstünlük verməsi qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir.

Əminəm ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanı xilas etməsi ilə əlamətdar olan Milli Qurtuluş Günü və tarixi Şuşa Bəyannaməsinin imzalanmasının ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının keçirdiyi bu konfrans çevik mexanizm funksiyasını yerinə yetirərək iştirakçı ölkələr arasında davamlı əməkdaşlığın qorunmasına vacib töhfələr verəcəkdir.

Konfransın işinə uğurlar, təmsil etdiyiniz dost ölkələrin hər birinə əmin-amanlıq və rifah arzulayıram".

Xəbər xətti

Qərbi Azərbaycandan Xameneyinin dəfninə 9 min nəfər qatılacaq
12:05
Azərbaycan və Ekvador arasında VİZASIZ rejimə keçilir
11:59
Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR
11:58
Kiyev Lula da Silvanı Rusiya ilə danışıqlara cəlb etmək istəyir
11:56
Flora Kərimova ilə bağlı SON DƏQİQƏ! SİSTEMLƏR DAYANDIRILDI
11:46
Milli Məclis büdcə icrasını qəbul etdi
11:40
Diplomatlarla bağlı gömrük güzəştləri genişləndirilir
11:39
Məşhur aktyor və həyat yoldaşı YANARAQ HƏLAK OLDU
11:35
Malların gömrük dəyəri ilə bağlı YENİLİK
11:33
Milli Məclisin növbəti iclası başlayıb
11:26
ABŞ-İran danışıqları TƏXİRƏ SALINDI
11:24
Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb - ŞƏRH
11:20
Albaniyaya birbaşa aviareys açılır? - AÇIQLANDI
11:15
Pensiyaçılara ŞAD XƏBƏR
11:09
SON DƏQİQƏ! DİN əməliyyat keçirdi - SAXLANILANLAR VAR
11:05
Xankəndinə növbəti köç karvanı yola salındı
11:02
Azərbaycanlı gənc faciəvi şəkildə öldü
11:00
Rezidenturaya qəbul imtahanı keçiriləcək
10:55
Dünya bazarlarında neft yenidən ucuzlaşdı
09:40
Vens İsveçrəyə səfərini buna görə təxirə salıb
09:07
DÇ: Meksika Cənubi Koreyanı məğlub edib
08:04
Peruda sərnişin avtobusu aşıb: 11 nəfər ölüb, 20 nəfər yaralanıb
07:48
Robin Hudun sığındığı 1000 yaşlı tarixi AĞAC QURUDU
07:32
ABŞ prezidentləri bir arada- TƏKCƏ ONU DƏVƏT ETMƏDİLƏR-FOTOLAR
07:10
“iPhone 18 Pro”nun qiyməti açıqlandı
06:40
Avropa İttifaqında ən bahalı ölkə müəyyənləşdi
06:30
"Fənərbağça"ya YENİ TRANSFER
06:26
Çin bu ölkələrə pulsuz Aİ təklif edir
06:10
Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb
05:41
Avropa İttifaqı Rusiya tərəfindən döyüşənləri "Qara siyahı"ya sala bilər
05:22
ABŞ ordusu narkotik daşıdığı bildiriliən gəmiyə zərbə endirib
05:00
Türkiyədə zəncirvari qəza - Ölənlər və yaralananlar var - Foto
04:36
Atalarının izi ilə gedən 3 oğul 32 il sonra eyni anda meydana çıxdı - Foto
03:41
“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək
03:08
Bibiheybətdə qorxulu mənzərə: Torpaq sürüşməsi qəbiristanlığı dağıtdı
03:02
"Müharibənin tam başa çatdığını demək hələ tezdir" - Makron
02:58
Konqoda “Ebola” virusundan ölənlərin sayı AÇIQLANDI
02:55
Rusiyaya qarşı SANKSİYALARDA BİR İLK
02:52
Avropa BU ÖLKƏYƏ GÖRƏ müdafiə qabiliyyətini gücləndirir
02:46
Aİ liderləri: Hər hansı qərar Kiyevin iştirakı olmadan qəbul edilə bilməz
02:43
DÇ-2026: Kanada - Qətər oyununda ikinci qol vurulub - YENİLƏNİR-2
02:39
İsrailə görə İRAN XİN-dən REAKSİYA
02:33
Nyu-Yorkun məşhur meydanında atəş açıldı
02:28
ABŞ Konqresində qapalı brifinq: İran nüvə obyektlərinə girişə icazə verəcək
02:18
Üçyaşlı uşaq timsahların olduğu qəfəsə atıldı - FOTO
02:02
FIFA Tuxelin şikayətindən sonra protokol qaydasını dəyişdi
01:56
İran rəsmilərinin İsveçrə səfəri təxirə salındı - SƏBƏB NƏDİR?
01:51
BƏƏ-də uşaqlara internetdən istifadə ilə bağlı qərarlar qəbul edildi
01:47
Dünya çempionatında diqqətçəkən jest - FOTO
01:38
2011-ci ildə baş vermiş zəlzələ Yaponiyanın yerini dəyişib -ŞƏRQƏ DOĞRU SÜRÜŞDÜ
01:12
DÇ-2026: İsveçrə - Bosniya və Herseqovina oyununda beş qol vuruldu
01:10
AĞDAMDA YOL-NƏQLİYYAT HADİSƏSİ: Yol kənarında olan dörd piyadanı maşınla vurdu
01:07
İran limanları üçün DƏNİZ BLOKADASI LƏĞV EDİLDİ
01:00
"Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir": İlham Əliyev
00:45
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda təxminən 90 min insan yaşayır"
00:22
Vaxtilə ONU QURBAN QURBANOV QOVMUŞDUR, İndi isə ən bahalı...
00:00
19.06.2026
Tramp: ABŞ İsrail, Livan və “Hizbullah” arasında atəşkəs gözləyir
23:34
Moskvadakı ticarət mərkəzinə hücum: Yaralananlar arasında azərbaycanlılar da var
23:05
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub
22:40
İlham Əliyev İİB Qrupunun İllik Toplantısının açılış mərasiminə dair videomaterial paylaşıb
22:30
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR