“All My Children” serialının aktyoru Pol Eyveri və həyat yoldaşı Şeyla Eyveri ABŞ-ın Nyu-Cersi ştatında yerləşən evlərində baş verən yanğın nəticəsində həlak olublar.
EDnews Page Six-ə istinadən xəbər verir ki, hadisə çərşənbə axşamı gecəsi Blerstaun şəhərində baş verib. 81 yaşlı aktyor və xanımı yanğın başlayan zaman evdə olublar.
Yanğınsöndürənlər hadisə yerinə gecə saat 01:00 radələrində gəlib və cütlüyü evdən çıxarıblar. Lakin onların vəziyyəti ağır olub və bir müddət sonra hər ikisi vəfat edib.
Qeyd olunur ki, Pol Eyveri həyat yoldaşı Şeylanın insult keçirməsindən sonra onun rəsmi qəyyumu idi.
Aktyorluq fəaliyyəti ilə yanaşı, Pol Eyveri “Ridge View Echo” qəzetinin təsisçisi və icraçı redaktoru kimi də tanınıb.
Onun dostu və qəzetin müəlliflərindən biri Co Fallon WFMZ-yə açıqlamasında Pol Eyverini “dünyanın ən maraqlı insanı” adlandırıb:
“Mən Polu həmişə dünyanın ən maraqlı insanı adlandırmağı sevirdim. Çünki həyatda gördüyü işləri nəzərə alsaq, o, həqiqətən belə idi: aktyorluq, paraşütlə tullanma, Vyetnam müharibəsi, qəzet yaratmaq”.

.jpg)





