Azərbaycan və Ekvador arasında viza rejimi sadələşdirilir.
EDnews xəbər verir ki, bununla bağlı diplomatik, rəsmi və xidməti pasport sahiblərinin qarşılıqlı olaraq vizadan azad edilməsi nəzərdə tutulur.
Yeni qaydaya əsasən, Azərbaycan və Ekvador vətəndaşları diplomatik, rəsmi və xidməti pasportlara malik olduqları halda qarşı tərəfin ərazisinə vizasız səfər edə biləcəklər.
Dəyişiklik iki ölkə arasında diplomatik əlaqələrin və qarşılıqlı əməkdaşlığın inkişafına xidmət edir.







