Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda ikinci qol vurulub.
EDnews-un məlumatına görə, "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi fərqi artırıb - 2:0.
29-cu dəqiqədə Conatan Devid fərqlənib.
02:20
Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyununda hesab açılıb.
"BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi hesabda irəli çıxıb - 1:0.
16-cı dəqiqədə Kayl Larin fərqlənib.
02:01
Futbol üzrə dünya çempionatının Kanada - Qətər oyunu başlayıb.
"B qrupunun II turunun matçı "BC Place" stadionunda keçirilir.
Qarşılaşmanı çilili FIFA referisi Kristian Qaray idarə edir.







