"Ötən bir neçə ildə əhalimizin demək olar ki, 30 faizindən çoxunu əhatə edən bir neçə sosial dəstək layihəsini icra etmişik. Yoxsulluğun və işsizliyin azaldılması da hədəflərimizdən biri idi və biz buna uğurla nail olduq. Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir".
EDnews xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında səsləndirib.
"Məşğulluqla bağlı olan məsələlər əhalisi artmaqda olan istənilən digər ölkə kimi, bizim də diqqətimizin mərkəzində olacaq. Çünki əhali artdığı zaman, - təəssüf ki, müsəlman ölkələrində bu tendensiyanın davam etdiyini hamımız bilirik, - bunun, eyni zamanda, özü ilə bir çox çağırışlar gətirdiyini görürük. Çünki siz iş yerləri yaratmalısınız, daha çox sosial infrastruktur və ümumiyyətlə, infrastruktur qurmalısınız. Beləliklə, bu məsələ - işsizlik səviyyəsinin çox aşağı səviyyədə saxlanılması həmişə diqqət mərkəzində olacaq", - deyə Prezident qeyd edib.







