Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb.
EDnews “Report”a istinadən xəbər verir ki, bu mərhələdə şəhərə 18 ailə, ümumilikdə 68 nəfər köçürülüb.
Köç edən sakinlər respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir. Onlar əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda yaşayıblar.







