Qazaxıstanda referendumla qəbul edilən yeni Konstitusiya iyulun 1-dən qüvvəyə minib.
EDnews xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Məlumata görə, yeni Konstitusiyanın əsas yenilikləri sırasında vitse-prezident vəzifəsinin yaradılması, parlamentin birpalatalı sistemə keçirilməsi və onun “Kurultay” adlandırılması yer alır. Bildirilir ki, 145 deputatdan ibarət olacaq Kurultay yalnız partiya siyahıları əsasında seçiləcək.
Bundan başqa, ölkədə ali məsləhətçi orqan kimi “Xalık kenesi” - Xalq Şurası yaradılacaq. Həmçinin Qazaxıstan Xalqları Assambleyası ləğv ediləcək.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın qüvvəyə minməsi münasibətilə xalqa müraciətində bu günü ölkə tarixində “yeni dövrün başlanğıcı” adlandırıb.
Qeyd edək ki, Qazaxıstanın əvvəlki Konstitusiyası 1995-ci il avqustun 30-da qəbul edilib.
Aytac Kərimova | EDnews






