İyunun 30-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
EDnews xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 178 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 165-i borclu şəxs qismində axtarışda olan şəxslərdir.
Məlumata əsasən, narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 13 fakt müəyyən edilib.
Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.






