Almaniya kansleri Fridrix Mertsin futbol üzrə Almaniya yığması ilə bağlı paylaşımı ölkədə geniş müzakirələrə səbəb olub.
EDnews xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Məlumata görə, Almaniya federal kanslerinin idarəsi Merts paylaşımını “razılaşdırma səhvi” kimi izah edib.
“Yanlış tvit, yanlış vaxt, yanlış düymə”, - deyə kansler idarəsindəki mənbələr “Der Tagesspiegel” qəzetinə bildiriblər.
Qeyd edək ki, Merts Almaniya millisinin Paraqvaya məğlub olaraq dünya çempionatından kənarlaşmasından təxminən yarım saat sonra “X” sosial şəbəkəsində paylaşım edib. O, məğlubiyyətin ağrılı olduğunu, lakin komandanın oyun, fədakarlıq və komanda ruhu ilə ölkəni həyəcanlandırdığını yazıb.
Sözügedən paylaşım kanslerə qarşı ciddi tənqidlərə səbəb olub. Tənqidlərdən sonra Merts ikinci paylaşım edərək komandanı müdafiə edib:
“Uğurları birlikdə qeyd edirik. Məğlubiyyət zamanı isə bir-birimizə dəstək oluruq. Bizi güclü edən də budur. Sinəsində qartal daşıyan hər kəs dəstəyimizə layiqdir, istehzamıza yox”.
Aytac Kərimova | EDnews







