“Azərbaycan-Slovakiya münasibətləri yeni inkişaf mərhələsindədir” - RƏY

“Azərbaycan-Slovakiya münasibətləri yeni inkişaf mərhələsindədir” - <span class="text-danger">RƏY</span>

"Ölkəmizə rəsmi səfər edən Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşadan başlayan proqramı iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini bir daha nümayiş etdirdi".

Bu fikirləri EDnews-a açıqlamasında millət vəkili Nigar Məmmədova söyləyib.

Deputatın sözlərinə görə, səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, Prezident İlham Əliyevlə aparılan müzakirələr, keçirilən biznes forum göstərdi ki, Bakı və Bratislava əməkdaşlığı siyasi dialoq başda olmaqla iqtisadi, humanitar və təhlükəsizlik sahələrində konkret layihələrlə zəngindir:

"Prezident İlham Əliyev Şuşada keçirilən birgə bəyanatda vurğuladı ki, Azərbaycan ilə Slovakiya arasında siyasi əlaqələr yüksək səviyyədədir və 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə artıq real nəticələr verməyə başlayıb. Dövlət başçımız Qarabağın bərpasında Slovakiya şirkətlərinin iştirakını xüsusi qiymətləndirərək Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsini uğurlu əməkdaşlıq nümunəsi kimi göstərdi".

Nigar Məmmədova bildirib ki, bu səfər eyni zamanda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin və Aİ-Cənubi Qafqaz əməkdaşlığının gələcək perspektivləri kontekstində də xüsusi əhəmiyyət kəsb edir:

"Bakı ilə Bratislava arasındakı əməkdaşlıq artıq Avropa ilə Azərbaycan arasında daha geniş tərəfdaşlığın tərkib hissəsinə çevrilir. Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın Aİ ilə dialoqunda praqmatik yanaşmanı dəstəkləyən ölkələrdən biridir. Son illərdə Avropanın enerji təhlükəsizliyi məsələlərinin prioritetə çevrilməsi Azərbaycanın strateji əhəmiyyətini daha da artırıb. Prezident Pelleqrininin çıxışında enerji böhranı dövründə Azərbaycanın Slovakiyaya verdiyi dəstəyə xüsusi təşəkkür etməsi və uzunmüddətli enerji əməkdaşlığının davam etdirilməsinin vacibliyini vurğulaması təsadüfi deyildi. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin mühüm tərəfdaşlarından biri kimi qəbul edildiyini nümayiş etdirir".

Deputatın fikrincə, sözügedən səfərin digər mühüm cəhəti Qarabağın beynəlxalq əməkdaşlıq platformasına çevrilməsi idi:

"Slovakiya şirkətlərinin Ağdam rayonunda "Ağıllı kənd" layihəsində iştirakı, Milan Rastislav Ştefanik adına məktəbin təməlinin qoyulması Aİ ölkələrinin regionda iqtisadi iştirakının da genişləndiyini göstərir. Bu proses Avropa şirkətlərinin postmünaqişə dövründə Cənubi Qafqazın inkişafına marağının artdığını nümayiş etdirir. 

Azərbaycan-Slovakiya biznes forumunda isə sənaye, rəqəmsallaşma, logistika, kənd təsərrüfatı, turizm və yüksək texnologiyalar üzrə əməkdaşlıq imkanlarının müzakirə olunması da Aİ ilə iqtisadi inteqrasiyanın yeni istiqamətlərini ortaya qoydu. Burada əsas diqqət ticarətin artırılması ilə yanaşı birgə istehsalın, investisiyaların və texnologiya transferinin genişləndirilməsinə yönəldildi. Bu yanaşma Avropa İttifaqının tərəfdaş ölkələrlə iqtisadi əməkdaşlıq modelinə də uyğun gəlir və Azərbaycanın regional istehsal və logistika mərkəzi kimi roluna töhfədir".

Millət vəkili vurğulayıb ki, səfər həm də Aİ-Cənubi Qafqaz əməkdaşlığının gündəliyini əks etdirdi:

"Əsas diqqət enerji təhlükəsizliyi ilə yanaşı nəqliyyat dəhlizləri, rəqəmsal bağlantılar, yaşıl enerji, regional logistika və postmünaqişə nəticələrinin bərpası kimi istiqamətlər ön plana çıxır. Avropa Komissiyasının Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantıları gücləndirmək üçün yeni maliyyə təşəbbüsləri də regionun Avropa üçün artan geosiyasi əhəmiyyətini təsdiqləyir. 

Prezident Pelleqrininin Azərbaycanın regionda sabitliyin və inkişafın təmin edilməsində rolunu vurğulaması, həmçinin sülh prosesinə dəstək ifadə etməsi Avropa İttifaqının Cənubi Qafqaz siyasətində iqtisadi əməkdaşlıqla yanaşı təhlükəsizlik və davamlı sabitlik amillərinə də artan diqqətini göstərir. Bu baxımdan Slovakiyanın mövqeyi Aİ daxilində Azərbaycanla praqmatik əməkdaşlığın genişləndirilməsini müdafiə edən yanaşmanın nümunəsi kimi qiymətləndirilə bilər".

Deputat əlavə edib ki, Azərbaycan və Slovakiya eyni zamanda Parlamentlər səviyyəsində də əlaqələri inkişaf etdirməkdə maraqlıdır;

"Prezident Pelleqrininin Milli Məclisdə keçirdiyi görüş parlament diplomatiyasının əhəmiyyətini ön plana çıxardı. Bir daha qeyd olundu ki, son illərdə qarşılıqlı səfərlər və parlamentlərarası memorandum əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edir. Tərəflər komitələrarası əlaqələrin genişləndirilməsi və beynəlxalq parlament təşkilatlarında koordinasiyanın gücləndirilməsi barədə də razılığa gəldilər.

Belə bir səfər, prezidentlər arasında keçirilən görüşlər bir daha göstərdi ki, Azərbaycan–Slovakiya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub, siyasi etimadın möhkəmlənməsi, iqtisadi əməkdaşlığın genişlənməsi, Qarabağın bərpasında Slovakiya şirkətlərinin fəal iştirakı gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır".

Aytac Kərimova | EDnews

Xəbər xətti

II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
16:58
FİFA-dan “Səbail”ə QADAĞA
16:44
Şahin Mustafayev Aleksey Overçukla GÖRÜŞƏCƏK
16:38
Azərbaycanla Rusiya bir sıra istiqamətlər üzrə birbaşa reysləri bərpa edir
16:18
Flora Kərimovanın SON DURUMU AÇIQLANDI
16:15
Ceyhun Bayramovdan Bakı-Moskva münasibətləri ilə bağlı AÇIQLAMA: "Gərgin mərhələ geridə qaldı"
16:11
Azərbaycan XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri AÇIQLADI
15:56
Sabiq mer BAŞ NAZİR OLDU
15:51
Azərbaycan və Rusiya XİN-ləri arasında YENİ SƏNƏD İMZALANIB
15:47
ABŞ-nin zərbələri Bəndər-Abbas dəmir yolunu sıradan çıxartdı
15:39
“Qarabağ”ın oyununun yeri DƏYİŞDİ
15:34
Türkiyədə Trampa qarşı hazırlanan sui-qəsdlə bağlı YENİ FAKTLAR
15:24
Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin danışıqlar aparıblar - YENİLƏNİB
15:23
Suriyadan İranla bağlı TƏKZİB
15:12
Sabahdan 525 marşrutları olmayacaq - ONUN ƏVƏZİNƏ...
15:01
Əvvəllər məhkum olan şəxs yenidən SAXLANILDI
14:53
“Qarabağ”ın Bolqarıstan klubu ilə oyunlarının başlama saatı BƏLLİ OLDU
14:42
150-dən çox qoyunu oğurladı - MƏHKƏMƏ ANLAQSIZ SAYDI
14:38
Ceyhun Bayramov Moskvada "Naməlum əsgər" məzarını ziyarət edib - FOTO
14:32
Bakıda bu məktəb sökülərək yenidən TİKİLİR
14:28
Uqandada məktəb avtobusu aşdı: Çox sayda uşaq öldü
14:06
İspaniyada meşə yanğını 12 min hektar sahəyə çatıb
14:00
"IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq media diplomatiyasını gücləndirir" - MİLLƏT VƏKİLİ
14:00
Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər
13:52
İsrail parlamenti özünü buraxdı
13:42
Bakıda keçiriləcək U-17-yə bilet satışına başlanıldı
13:25
Küləkli havada hansı çimərliklər DAHA TƏHLÜKƏLİDİR?
13:17
Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ
12:50
ANAMA Bakıda brifinq keçirdi - YENİLƏNDİ
12:50
ABŞ-nin İrana zərbəsi nəticəsində ÖLƏN VƏ YARALANANLARIN SAYI AÇIQLANDI
12:49
“Koroğlu”dan Sea Breeze-ə yeni ekspres xətt açılır
12:43
Kambocanın Baş naziri Azərbaycana səfərə gələcək
12:34
Rusiya Odessaya raket zərbəsi endirib - ÖLƏN VƏ YARALANANLAR VAR
12:31
Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb
12:21
Şuşada Aşıq Ələsgərə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
12:18
DÇ-2026 final oyununun baş hakimi BƏLLİ OLDU - FOTO
12:03
“Babala TV”nin təsisçisi Oğuzhan Uğur SAXLANILDI
11:59
Bilgəh çimərliyində meyit TAPILDI
11:54
Zelenski Azərbaycanəsilli bu məmuru işdən çıxardı - FOTO
11:48
Prezident İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul edib
11:45
Prezident Omanın yeni səfirinin etimadnaməsini qəbul edib
11:37
Prezident Kambocanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
11:33
Çindən alınan yeni rentgen cihazları mina axtarışını asanlaşdıracaq - ANAMA
11:31
Görmə məhdudiyyətli namizəd MİQ-də topladığı balla TƏƏCCÜBLƏNDİRDİ
11:27
ANAMA: Ermənistanın təqdim etdiyi mina xəritələrinin cəmi 25%-i etibarlı olub
11:22
Oman sahillərində tankerə HÜCUM EDİLDİ
11:19
Hikmət Hacıyev Litva səfiri ilə görüşüb
11:13
Qazaxın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatları icra olunub - Sədr
11:10
Azad edilmiş ərazilərdə 255 200 mina zərərsizləşdirilib
11:04
Bakıda süni intellekt üzrə yeni mərkəz YARADILIR
11:00
Gəncə və Samuxda yas mərasimlərində zəhərlənənlərin SAYI ARTIB
10:53
Qaz ödənişləri ilə bağlı YENİLİK
10:42
Azərbaycan neftinin qiyməti BAHALAŞDI
10:39
Xankəndidə ev yanıb
10:34
SEPAH ABŞ-nin radar sistemlərinə ZƏRBƏLƏR ENDİRİB
10:26
“Azərbaycan-Slovakiya münasibətləri yeni inkişaf mərhələsindədir” - RƏY
09:51
Azərbaycan UEFA reytinqində İLK PİLLƏDƏ QƏRARLAŞIB
09:35
Nyu-York birjasında təbii qaz BAHALAŞDI
09:29
“Brent” neftinin qiyməti 85 dolları ÖTÜB
09:21
Fransa 2029-cu ildən sursat istehsalını bərpa edəcək
09:11
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR