Uqandada ekskursiyadan qayıdan məktəbliləri daşıyan avtobus yoldan çıxaraq qəzaya uğrayıb. Qəza zamanı 20-si uşaq olmaqla 21 nəfər həlak olub. Arasında uşaqların da olduğu daha bir neçə insan isə yaralanıb.
EDnews-un xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkə polisinin məlumatında bildirilib.
Bildirilib ki, paytaxtdakı Kral David adına ibtidai məktəbin şagirdlərini daşıyan avtobus Kapçorva rayonundakı Sipi şəlaləsinə ekskursiyadan qayıdırmış. İlkin məlumatlara görə, avtobus sürücüsü Çekvati kəndi yaxınlığında idarəetməni itirib və yoldan çıxıb. Nəqliyyat vasitəsi böyük qaya parçasına çırpılaraq aşıb.
Yaralılar xəstəxanalara çatdırılıblar. Polis qəzanın səbəblərini araşdırır. Sürücünün şəxsiyyəti hələlik müəyyən edilməyib.





