İspaniyanın Araqon muxtar icmasının Ores bələdiyyəsindəki meşə yanğını 12 min hektar sahəni əhatə edib.
EDnews xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Yanğın səbəbindən Sinko-Vilyas regionundakı Ores, Asin, Luesiya, Malpika-de-Arba və Unkastilyo şəhərlərinin sakinlərinin təxliyəsi həyata keçirilib.
Araqon hökumətinin daxili işlər naziri Roberto Bermudes de Kastro bildirib ki, cəlb edilmiş resurslar ən çox narahatlıq doğuran iki rayonu: Unkastilyo və Malpika-de-Arbanı qorumağa imkan verib.
"Bu gün biz yerdə təxminən 450 nəfərin, 30-dan çox təyyarənin və çevik reaksiya bölməsinin 300-dən çox hərbi qulluqçusunun iştirakı ilə mühüm əməliyyatı davam etdirəcəyik", - o qeyd edib.





