İran ABŞ-nin Omandakı hava və dəniz nəzarət radarlarına hücum edib.
EDnews xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Məlumatda bildirilib ki, İrana hücumlara cavab əməliyyatlarının davamı olaraq bu gün səhər saatlarından etibarən SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ-nin Salama qayalarında yerləşən dəniz nəzarət radarını və Omanın Qanam bölgəsində yerləşən hava nəzarət radarını hədəfə alaraq məhv edib.
Eləcə də, İranın cavab əməliyyatlarının qətiyyətlə davam etdiyi və Hörmüz boğazına nəzarətin SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin əlində olduğu vurğulanıb.







