"Xalq artisti Flora Kərimovanın səhhəti hazırda stabildir və sənətçi evində müalicəsini davam etdirir"
EDnews xəbər verir ki, bu barədə müğənninin köməkçisi Yaqut İmanova xanım açıqlama verib.
Onun sözlərinə görə, sənətkarın vəziyyəti nəzarət altındadır:
“Flora xanım hazırda evindədir, səhhəti yaxşıdır. Müalicəsini əvvəlki qaydada davam etdirir. Müayinə olunmaq üçün vaxtaşırı xəstəxanaya gedib-gəlir. Narahatlığa əsas yoxdur”.
Qeyd edək ki, ötən gün səhər saatlarında Xalq artistinin səhhətində problem yarandığı üçün Təcili Tibbi Yardım briqadası çağırılıb. Sənətçiyə yerində ilkin tibbi yardım göstərilib.







