Dəməşq İranın Suriyada yerləşən əl-Tənf bazasına hücum etməsi barədə xəbərləri təkzib edib.
EDnews xəbər verir ki, bu barədə anonim suriyalı hərbi rəsmi “Al Jazeera” telekanalına bildirib.
“Biz bu bazanın hədəfə alınmasını təkzib edirik, ABŞ-ın burada heç bir hərbi mövcudluğu yoxdur”, - suriyalı rəsmi vurğulayıb.
Qeyd edək ki, SEPAH Suriyada əl-Tənf hərbi bazasına hücum etdiyini bəyan edib.
Xatırladaq ki, ABŞ qüvvələri bu ilin əvvəlində əl-Tənf bazasını tərk edib.






