Güney Azərbaycan Milli Hərəkatının fəalları, Beynəlxalq Ana Dili Günü ərəfəsində Ərdəbil şəhərində orta məktəbin qarşısında türk dilində kitablar paylayıblar.
“EDnews” xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Beynəlxalq Ana Dili Günü (21 fevral) öncəsi Güney Azərbaycanın müxtəlif şəhərlərində türk dilində kitabların paylanması geniş yayılır və milli fəallar, ana dilində təhsilin əhəmiyyəti haqqında ictimaiyyəti məlumatlandırmağa çalışırlar.