Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezaşkian arasında telefon danışığı baş tutub.
EDnews xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin mətbuat xidməti yayıb.
Söhbət zamanı iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, eləcə də regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Prezident Ərdoğan Türkiyənin İranla əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb. O, həmçinin İran liderini Ramazan bayramı münasibətilə təbrik edərək, sülh və rifah arzularını çatdırıb.
Şəms Qasımlı // EDnews