Ermənistanın Baş naziri Nikol Paşinyan keşişlərə qarşı hücumu davam etdirir.
“EDnews” xəbər verir ki, Paşinyan bu gün yenidən sosial şəbəkədə eyni sualı gündəmə gətirib və tələb edib:
"Qoy, II Qaregin şəxsən aydınlıq gətirsin: o, subaylıq andını pozubmu, övladı var?”
Paşinyan bütün ermənilərin katolikosu II Qareginlə bağlı fikirlərini belə ifadə edib:
“Mən hesab edirəm ki, bütün ermənilərin katolikosu şəksiz nüfuz sahibi, ədalətin dönməz müdafiəçisi, şəksiz həqiqət mənbəyidir. İnana bilmirəm ki, bütün erməni katolikosu həqiqəti boğan kimi çıxış etsin. Mən bütün ermənilərin katolikosunun ağzından həqiqətdən başqa bir şey çıxa biləcəyinə inana bilmirəm. II Qaregin şəxsən aydınlaşdırsın: o, subaylıq andını pozub və övladı varmı?
Bizim ondan həqiqəti eşitməyə haqqımız var”.