İranın sabiq Ali Dini rəhbəri Əli Xameneyinin vida və dəfn mərasiminə Qərbi Azərbaycan əyalətindən 9 min nəfər qatılacaq.
EDnews xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, mərasimdə iştirak etmək istəyənlərin qeydiyyata alınması üçün başladılan prosesə ümumilikdə 9 min Güney azərbaycanlı könüllü olaraq qoşulub.
Qeyd edək ki, Əli Xameneyinin iyulun 9-da Məşhəddə dəfn olunacağı bildirilir.
Xatırldaq ki, son rəsmi statistikaya əsasən, Qərbi Azərbaycan əyalətinin əhalisi 3 milyon 445 min 500 nəfərdir.






