İqtisadiyyat naziri Mikayıl Cabbarov Misir Ərəb Respublikasının planlaşdırma və iqtisadi inkişaf naziri Ahmed Rostom ilə görüşüb.
EDnews xəbər verir ki, görüş İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən İllik Toplantıları çərçivəsində baş tutub.
Görüş zamanı Azərbaycan ilə Misir arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.
Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlıq potensialının daha səmərəli reallaşdırılması, qarşılıqlı fəaliyyəti təşviq edən biznes platformalarının formalaşdırılması və işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.





.jpeg)

