ABŞ-nin Miçiqan ştatının Dirborn şəhərində yerləşən ticarət mərkəzlərinin birində baş vermiş silahlı insident nəticəsində iki nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.
EDnews xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.
Ümumilikdə silahlı qarşıdurma zamanı üç nəfər güllə yarası alıb. Onlardan biri elə hadisə yerində, digəri isə çatdırıldığı tibb müəssisəsində həyatını itirib.
Telekanalın məlumatına əsasən, qurbanlar təxminən 20 yaş civarındadır.
İlkin ehtimallara əsasən, münaqişə iştirakçıları bir-birini əvvəlcədən tanıyırmışlar. Onların arasında yaranan fikir ayrılığı sonradan əlbəyaxa davaya, daha sonra isə atışmaya çevrilib.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı müvafiq araşdırma aparılır.







