Türkiyəli aktyor, "Sen çal kapımı" serialının ulduzu Kerem Bürsin ilk dəfə Rusiya kinosunda rol alacaq.
EDnews 5-tv.ru-ya istinadən xəbər verir ki, aktyor "Növbədənkənar sevgi" ("Любовь вне расписания") melodramında baş rolu ifa edəcək.
Ekran işinin çəkilişləri 2026-cı ilin payızında İstanbulda başlayacaq. Hazırda filmin yaradıcı heyəti oktyabr ayına planlaşdırılan istehsalat prosesinə hazırlıq işləri görür. Ekran əsərinin 2027-ci ilin fevralında nümayiş etdirilməsi gözlənilir.
Süjetin təfərrüatı hələlik açıqlanmır, lakin filmin iki şəxs arasındakı mürəkkəb münasibətlərdən bəhs edəcəyi bildirilir.
Bu layihə Bürsin üçün Rusiya kinosunda ilk təcrübə olacaq.







