Alimlər təxminən bir nanometr ölçüsündə olan nanozərrəcikləri idarə etməyə imkan verən unikal kompüter oyunu hazırlayıblar.
“EDnews” xəbər verir ki, ixtira Yaponiyanın Nagoya Universitetinin elm adamlarına aiddir. Onlar yüksəksürətli elektron şüalarından istifadə edərək dinamik elektrik sahələri yaradıb və nanozərrəciklərin hərəkətini idarə edə biliblər.
Nümayiş məqsədilə klassik arkada tipli oyun hazırlanıb. Burada oyunçu miniatür kosmik gəmini idarə edir və polistirol nanozərrəciklərə “atəş” açır, faktiki olaraq nano səviyyədə maddi obyektləri manipulyasiya edir.
Bu texnologiya təkcə oyunlarla məhdudlaşmır, həm də nanotexnologiya sahəsində yeni imkanlar aça bilər.
Alimlər onu biomolekulların yığılması, orqanizmdəki maddələrin dəqiq idarə edilməsi və hətta molekulyar səviyyədə 3D çapda inqilab üçün bir vasitə kimi qiymətləndirirlər.
Fatimə Mərdanlı//EDnews