Kür çayında və Yuxarı Qarabağ kanalında qanunsuz balıq ovlayanlar saxlanılıb - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Kür çayında və Yuxarı Qarabağ kanalında qanunsuz balıq ovlayanlar saxlanılıb

Cəmiyyət A- A A+
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında və Yuxarı Qarabağ kanalında qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.
 
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Ednews-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Zərdab rayon sakini Fuad Məmmədov, Gədəbəy rayon sakini Dəyanət Cəfərov olduğu müəyyən edilib.
 
Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb: “Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.
 
B.Məhəmmədov onu da qeyd edib ki, keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi rayonunun Şənlik kəndi ərazisindən keçən kollektordan 80 metr uzunluğunda sintetik tor yığışdırılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...