"İnter"in futbolçusu Hakan Çalhanoğlunun gələcəyi müəyyənləşib.
“EDnews” xəbər verir ki, türkiyə millisinin üzvü Milan təmsilçisində qalacaq. Daha əvvəl "Qalatasaray"ın Hakan üçün "İnter"lə danışıqlar apardığı bildirilirdi. Yarımmüdafiəçi özü də Superliqa klubuna keçmək istəyirdi .
Lakin bu gün klublar Milanda bir araya gəliblər. Görüşdən sonra tərəflər razılıq əldə etməyiblər və danışıqlar başa çatıb.
Daha əvvəl xəbər verildiyi kimi, İtaliya klubu yalnız ən azı 30 milyon avro təzminat alacağı təqdirdə Çalhanoğlunu buraxmağa razı idi. Artıq İtaliya təmsilçisi 31 yaşlı yarımmüdafiəçini satmayacaq.
Ötən mövsüm Hakan bütün turnirlərdə 47 oyunda iştirak edib, 11 qol vurub və 8 məhsuldar ötürmə verib. Çalhanoğlunun "İnter"lə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.