Ceydon Sançonu sata bilməyən "Mançester Yunayted" futbolçunun qiymətində endirim etmək qərarına gəlib.
“EDnews” xəbər verir ki, bu barədə "GiveMeSport" portalı məlumat yayıb.
Daha öncə 25 milyon funt-sterlinq tələb edən "qırmızı şeytanlar" futbolçunu hazırda 10 milyon aşağı məbləğə də satmağa hazırdır.
Sanço ilə "Yuventus" yaxından maraqlansa da, "qoca sinyora" onun yüksək məvacibinə görə bu transferdən imtina edib.
25 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi gələn yay başa çatır. Onun "mankunianlar"dan ayrılacağı dəqiqdir.