Vasif Talıbovun qızı “Naxçıvan Bank”ın rəhbərliyindən kənarlaşdırıldı - ednews.net

5 Fevral,

(+994 50) 229-39-11

Vasif Talıbovun qızı “Naxçıvan Bank”ın rəhbərliyindən kənarlaşdırıldı

Cəmiyyət A- A A+

“Naxçıvanbank” ASC-nin Müşahidə Şurasında dəyişikliklər baş verib.

Ednews apa.az-a istinadən xəbər verir ki, səhmdarların qərarı ilə, Baharxanım Talıbova Vasif qızı və Rifat Mahmudov Nazim oğlu Müşahidə Şurasında üzvlükdən çıxarılıb.

Müşahidə Şurasının sədri olan Əsədulla İsgəndərov Fikrət oğlu vəzifəsindən azad edilərək üzv təyin edilib.

Novruzov Binnət Yasin oğlu Müşahidə Şurasına sədr, Rüfət Məmmədov Əhədağa oğlu isə üzv təyin ediliblər.

Xatırladaq ki, “Naxçıvanbank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 82.43 milyon manatdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...