Dünyanın ən maraqlı məlumatı - Yəqin ki, ilk dəfə eşidəcəksiniz! - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Dünyanın ən maraqlı məlumatı - Yəqin ki, ilk dəfə eşidəcəksiniz!

Cəmiyyət A- A A+

Biliyin hüdudsuz olduğunu bilsək də, həyatımıza davam etdikcə bir çox təəccüblü faktlar və heyrətlərlə qarşılaşmağa davam edirik. Siz bu məlumatı eşidəndə inanmaya bilərsiniz.   

Ednews Haber Türk-ə istinadən xəbər verir ki, ürəyin yerləşdiyi yerə görə ağciyərin sol tərəfi   sağa nisbətən kiçikdir.

Yer üzündə indiyə qədər tikilmiş ən bahalı tikili Beynəlxalq Kosmik Stansiyadır ki, onun tikintisinə 150 milyard dollar xərclənib.

Kainatda məlum olan ən yüksək dağ Marsda yerləşir. Nəhəng vulkan Olympus dağı (Latın Olympus Mons) günəş sisteminin və məlum kainatın ən yüksək dağıdır.

Dünyada ən sürətlə böyüyən bitki bambukdur. Bambuklar gündə 90 sm-ə qədər böyüyə bilər.

Dünyanın ən təhlükəli heyvanı ağcaqanaddır. İndiyə qədər bir çox insanların ölümünə dişi ağcaqanadlar səbəb olur.

Yer kürəsinin ən dərin nöqtəsi olan Mariana çuxuru okean səthindən 10,9 kilometr aşağıdadır.

Böyük Çin Səddi kosmosdan görünməsə də, Çində havanın çirklənməsi kosmosdan görünür.

Kenqurular geriyə doğru yeriyə bilməzlər.

Səhər alma yemək qəhvə içməkdən daha çox yuxusuz qalmağa səbəb olur.

 

Aynurə İsmayılqızı

 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...