Naxçıvanla Türkiyə arasındakı SƏRHƏD AÇILDI - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Naxçıvanla Türkiyə arasındakı SƏRHƏD AÇILDI

Cəmiyyət A- A A+
Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib.
 
Ednews qafqazinfo.az-a istinadən xəbər verir ki, bu gündən etibarən Naxçıvan Muxtar Respublikasında yerləşən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən avtomobillərin keçidinə icazə verilib.
 
Lakin qeyd edilib ki, sərhədi keçmək istəyən şəxslər yalnız Naxçıvan MR vətəndaşları olmalıdır. Onlar öz şəxsi avtomobilləri ilə sərhədi keçə bilərlər. Hələlik avtobusların gediş-gəlişinə qoyulan qadağa isə qüvvədə saxlanılıb.
 
Qeyd edək ki, koronavirus pandemiyası zamanı Azərbaycanın quru sərhədləri bütün qonşu ölkələr üçün bağlansa da, Naxçıvan MR-dən İran və Türkiyəyə gediş-gəlişə icazə verilirdi.
 
Lakin 2022-ci il iyulun 1-dən etibarən Naxçıvanda da yük maşınları istisna olmaqla digər avtomobillər üçün keçid dayandırıldı.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...