İTV “Avroviziya 2023” üçün namizədin artıq seçildiyi iddiası əsassızdır

Cəmiyyət 22:59 01.02.2023

İctimai Televiziya (İTV) “Avroviziya 2023” mahnı müsabiqəsi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

Ednews xəbər verir ki, televiziyadan APA-nın sorğusuna cavab olaraq nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova bildirib ki, yayılan söhbətlər finala vəsiqə qazanmış iştitakçılara qarşı hörmətsizlikdir: “Əvvəla qeyd etmək istərdim ki, bu iddialara cavab verməyimizin əsas məqsədi final mərhələsinə seçilən ifaçılara qarşı hörmətsizliyə biganə qalmamaqdır. Seçilmiş 5 iştirakçı təqdim etdiyi musiqi və ifası sayəsində bu mərhələyə çatıb.

Tam yanlış olaraq artıq qalibin seçildiyi iddia edilsə də, bildiririk ki, final mərhələsi məhz bu günlərdə keçirilir və bu prosesin gedişatı barədə məlumatların tezliklə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Seçim prosesinə mənfi təsir etməyəcək bütün məlumatları yaxın günlərdə paylaşacaq, finalçıların adlarını açıqlayacağıq. Bir az səbirli olmağınızı xahiş edirəm”.

"Avroviziya 2023" Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov isə builki Avroviziya təmsilçimizin hələ bəlli olmadığını qeyd edib: “Bu qərar verilməzdən əvvəl yerli və beynəlxalq musiqi aləmindən təcrübəli insanların rəyləri öyrəniləcək. Sağlam rəqabəti təmin etmək üçün bütün finalçıların mahnılarını bir neçə gün əvvəl eyni studiyada, eyni şəraitdə yazdırmışıq.”

Nümayəndə heyətinin rəhbəri Vasif Məmmədovun sözlərinə görə, komanda üzvlərinin müsabiqəyə müraciət etmiş ifaçı və bəstəkarlarla tanışlığının seçim prosesinə heç bir təsiri yoxdur: “Eldar Qasımov və Ömər Əbdülkərimov illərdir musiqi sahəsində çalışırlar və onların bu sahədə həm dostları, həm yaxın həmkarları var. Bu, təbii bir haldır. Amma qeyd etməliyəm ki, Avroviziya heyətinin üzvlərindən heç biri müsabiqədə iştirak edən hər hansı ifaçının meneceri deyil və olmayıb. Böhtan xarakterli məlumatları yayanlara isə vaxtlarını və enerjilərini yaradıcılığa yönəldib, şöhrət qazanmağı arzu edirəm.”

Qeyd edək ki, bu günlərdə Azərbaycanı "Avroviziya"da təmsil etmək üçün müraciət edən namizədlərdən biri Rauf Kingsley seçim turlarından narazı olması barədə açıqlama verib.

O, Azərbaycan deleqasiya nümayəndələrini göndərilən heç bir sənətçinin mahnılarını dəyərləndirilməməkdə ittiham edib.

İfaçının sözlərinə görə, artıq "Mamagama" adlı qrup qalib olaraq seçilib. Rauf Kingsley seçimin yenidən aparılmasını tələb edib: "Shortlist"in yenidən yaradılmasını şəffəf və açıq şəkildə ən layiqli sənətçinin və mahnının, ədalətli seçilməyini tələb edirəm".

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
İsrail XİN başçısı 15 ildən sonra ilk dəfə Yaponiyaya səfər edib
11:41 13.05.2025
Azərbaycan və Türkiyə maliyyə sektorunda risk əsaslı nəzarət sisteminin qurulmasını müzakirə ediblər
11:37 13.05.2025
Tanınmış italyan pianoçunun Bakıda ustad dərsi təşkil olunacaq
11:35 13.05.2025
Azərbaycanın sosial sahədə e-xidmətlərlə bağlı təcrübəsi Sinqapurda nümunə kimi təqdim edilib
11:33 13.05.2025
İlk dəfə hokkey üzrə turnirdə iştirak edən Azərbaycan komandası üçüncü yeri tutub
11:31 13.05.2025
Bu gün “Muğam” Televiziya Müsabiqəsi başlayır
11:21 13.05.2025
ChatGPT yeniləndi - Bu funksiyalar istifadəyə verildi
11:12 13.05.2025
ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
11:09 13.05.2025
"Roma" A Seriyasında 19 oyun sonra məğlub olub
11:05 13.05.2025
"BMT-də geniş struktur islahatlarına başlanılır"
11:03 13.05.2025
“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib
11:00 13.05.2025
“Sabah” qəzeti PKK-nın tərksilah edilməsinin yol xəritəsini açıqlayıb
10:56 13.05.2025
Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
10:52 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Hamısı