TƏBİB Fövqəladə hallar zamanı Təcili Tibbi Yardım Qruplarının yaradılmasını MÜZAKİRƏ ETDİ

Cəmiyyət 19:28 06.02.2023

Fövqəladə hallar zamanı təcili tibbi yardım komandalarının yaradılması mövzusunda TƏBİB-də müzakirələr aparılıb. 

TƏBİB-dən Ednews-a verilən xəbərə görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili Tibbi Yardım Komandasının (TTYK) missiyası ilə görüşüb. Görüş missiyanın ölkəmizə rəsmi səfəri çərçivəsində baş tutub. 

Görüşdə ÜST-nin Avropa Regional Ofisinin Səhiyyədə Fövqəladə Hallar Proqramının tərəfdaşlıq üzrə məsul nümayəndəsi Oleq Storoşenko, Cənubi Qafqaz üzrə Mərkəzin əlaqələndiricisi Vasili Esenamanov, TTYK təşəbbüsü üzrə baş məsləhətçi Nuran Higgins, TTYK-nin texniki məsləhətçisi Xorxe Salamanka, ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı, ÜST-nin Azərbaycan Nümayəndəliyinin və TƏBİB-in məsul əməkdaşları iştirak ediblər. 

Görüşdə bildirilib ki, TTYK təşəbbüsünün əsas məqsədi fəlakət, epidemiya və fövqəladə hallardan təsirlənən hökumətləri və əhalini yaxşı təlim keçmiş kadrlar tərəfindən həyata keçiriləcək cavab tədbirləri ilə təmin etməkdir.
Fövqəladə hallar baş verdikdə, TTYK şəbəkəsi milli cavab tədbirlərinin bir hissəsi kimi xəstələrin müalicəsi, təcili tibbi yardım təminatçılarına təlimlərin verilməsi, onlara nəzarət, koordinasiyanın gücləndirilməsi, keyfiyyətin təmin edilməsi üçün əsas prinsip və standartlara riayət edilməsini təşkil edir. 

Bildirilib ki, TTYK təşəbbüsü 2010-cu ildə Haitidə baş vermiş dağıdıcı zəlzələdən sonra yaradılıb və sürətlə fövqəladə hallar zamanı təcili yardım göstərmək üçün təlim keçmiş və hazırlanmış ixtisaslı tibbi qrupların əhəmiyyətli bir şəbəkəsinə çevrilib. 

İndiyədək 37 beynəlxalq komanda artıq ÜST tərəfindən təsnif edilib, daha 100-ə yaxın komanda hazırda fövqəladə hallarda tibbi yardımın ən yüksək standartlarına cavab vermək üçün təsnifat prosesindən keçir. 

ÜST-nin Avropa Regional Ofisinin Səhiyyədə Fövqəladə Hallar Proqramının tərəfdaşlıq üzrə məsul nümayəndəsi Oleq Storoşenko bildirib ki, başlıca məqsəd fövqəladə hallar səbəbindən yararsız hala düşən təsisatlar və səhiyyə sahəsində yaranan tələbatlar üzrə müvəqqəti tibbi yardım imkanlarını təmin etməkdən ibarətdir. 
Səhiyyə işçiləri, həkimlər, tibb bacıları, paramediklər və köməkçi tibbi heyətdən ibarət olan bu briqadalar müxtəlif dövlətləri, qeyri-hökumət təşkilatlarını hərbi və beynəlxalq təşkilatları təmsil edə bilərlər. 

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Türkiyədə baş verən zəlzələ nəticəsində çoxsaylı insan tələfatından və yaralıların olmasından təəssüf hissi duyduğunu ifadə edib. O, dünyada baş verən bu cür fövqəladə hallar zamanı təkmilləşdirilmiş və düzgün koordinasiya edilmiş təcili yardımın önəmini vurğulayıb. 

İcraçı direktor ÜST-nin fövqəladə hallar zamanı təcili yardım briqadalarının hazırlanması ilə bağlı missiyasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

O, fövqəladə hallar zamanı erkən mərhələdə çevik və təxirəsalınmaz tibbi reaksiyaların verilməsinin əsas rol oynadığını qeyd edib. İcraçı direktor aidiyyəti dövlət qurumları ilə birgə əməkdaşlığın və beynəlxalq təcrübənin öyrənilməsinin gələcək fəaliyyət üçün əvəzsiz rolunu vurğulayıb. 

Görüşdə aidiyyəti dövlət qurumları ilə birgə fövqəladə tibbi yardım qruplarının yaradılması qərara alınıb. 

 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
İsrail XİN başçısı 15 ildən sonra ilk dəfə Yaponiyaya səfər edib
11:41 13.05.2025
Azərbaycan və Türkiyə maliyyə sektorunda risk əsaslı nəzarət sisteminin qurulmasını müzakirə ediblər
11:37 13.05.2025
Tanınmış italyan pianoçunun Bakıda ustad dərsi təşkil olunacaq
11:35 13.05.2025
Azərbaycanın sosial sahədə e-xidmətlərlə bağlı təcrübəsi Sinqapurda nümunə kimi təqdim edilib
11:33 13.05.2025
İlk dəfə hokkey üzrə turnirdə iştirak edən Azərbaycan komandası üçüncü yeri tutub
11:31 13.05.2025
Bu gün “Muğam” Televiziya Müsabiqəsi başlayır
11:21 13.05.2025
ChatGPT yeniləndi - Bu funksiyalar istifadəyə verildi
11:12 13.05.2025
ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
11:09 13.05.2025
"Roma" A Seriyasında 19 oyun sonra məğlub olub
11:05 13.05.2025
"BMT-də geniş struktur islahatlarına başlanılır"
11:03 13.05.2025
“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib
11:00 13.05.2025
“Sabah” qəzeti PKK-nın tərksilah edilməsinin yol xəritəsini açıqlayıb
10:56 13.05.2025
Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
10:52 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Hamısı