Çində qadınlar artıq nə Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun 24 üzvünün sırasında, nə də baş nazirin müavinləri arasında təmsil olunmurlar. Bu reallıq son 20 ilin statistik göstəriclərinə əsaslanır.
Ednews xəbər verir ki, qadınların təmsil olunduğu yeganə qurum Xalq Nümayəndələrinin Milli Məclisidir: 2977 nümayəndədən 791-i xanımdır (26%).
Çin Xalq Kommunist Partiyasının yeni Baş naziri Li Çyan qadınların siyasətçi olmasına şübhə ilə yanaşır.
Ona görə də onun müavinlərinin hamısı kişidir.